10 ayda ölənlərin sayı açıqlandı

12:29 21.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2020-ci ilin 10 ayında ölkə üzrə 52 769 ölüm halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məıumata görə, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil edib.

Rəsmi məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 54701 nəfər və ya 0,5 faiz artaraq, 2020-ci il noyabr ayının 1-i vəziyyətinə 10121809 nəfərə çatıb.