10 ildən artıq nikahda qalanlara pulsuz torpaq verilsin!

10:04 29.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada Liberal Demokrat Partiyasından olan deputatlar Dumaya təqdim etdikləri qanun layihəsi ilə 10 ildən artıq nikahda olan cütlüklərə torpaq verilməsini təklif ediblər.

Hafta.az-ın yazdığına görə, qanun layihəsi ilk dəfə ötən ilin yayında təqdim ediləndə onun məqsədi "dəli urbanizasiyanın və insanların mənzillərə sıxışdırılmasının qarşısını almaq" idi. Bu dəfə isə millət vəkilləri doğum nisbətinin artırılmasından və ənənəvi dəyərlərin gücləndirilməsindən danışırlar.

Qanun layihəsinin hökumətin rəyi alındıqdan sonra parlamentə təqdim olunmağa hazır olduğu öyrənilib. Lakin hökumətin qanun layihəsini dəstəkləmədiyi bildirilir.

Rusiyada tədqiqatçılar kənd yerlərində doğum səviyyəsinin şəhərlərlə müqayisədə 30-40 faiz yüksək olduğunu iddia edirlər.