11 gün əvvəl gətirilən baş məşqçi istefaya göndərildi

22:54 26.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Altay” baş məşqçisi Mert Nobre ilə yollarını ayırıb.

Hafta.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 42 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Nobre yanvarın 15-də İzmir klubunun baş məşqçisi vəzifəsinə təyin edilmişdi. O, bu müddətdə komandasını 3 çempionat oyununa çıxarıb. “Altay” bu oyunların hamısında məğlub olub.

Oxunma sayı 27