125 mindən çox uşaq I sinfə qəbul olub

15:51 07.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir. İndiyə kimi 125 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlanıb.

Hafta.az xəbər verir ki, bunu açıqlamasında MÜTDA-nın Ümumi təhsilin təşkil şöbəsinin aparıcı məsləhətçisi Aidə Əsgərli deyib.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.