14 şəhər və rayonda ictimai nəqliyyatın hərəkəti iyulun 27-dək dayandırılıb

10:14 25.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xüsusi karantin rejimi ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilir.

Hafta.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Siyəzən və Şəki rayonlarının ərazisində həftəsonları bütün ictimai nəqliyyatın fəaliyyəti qadağan olunub.

Bununla əlaqədar bu gün saat 00:00-dan başlayaraq 27 iyul saat 06:00-dək qeyd olunan ərazilərdə ictimai nəqliyyat işləməyəcək.

Qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar Bakı metrosunun fəaliyyəti də dayandırılıb.
Sosial rubrikasından digər xəbərlər