190 minə yaxın əlillik pensiyası dayandırılıb - DSMF sədri

12:39 26.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son illər araşdırmalar nəticəsində 32 mindən artıq şəxsə artıq ödəmə müəyyən olunub.

Hafta.az-ın məlumatına görə, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, növbəti dövrlərdə də araşdırmalar nəticəsində rəqəmlərin artması istisna edilmir.

"2022-ci il ərzində 190 minə yaxın şəxsin əlilliyə görə pensiyası dayandırılıb. Səbəb isə əlillik müddətinin bitməsi olub. Yenidən müraciət edənlərin pensiyası tam şəkildə bərpa edilib",- deyə o əlavə edib.