2023-cü il dövlət büdcəsinin gəlir və xərcləri artırılır

12:20 05.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gələn ilin dövlət büdcəsinin gəlir və xərcləri artırılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin yeni redaksiyasına əsasən, 2023-cü il dövlət büdcəsinin gəlirləri 53 milyon 278 min manat artırılaraq 30 milyard 773 milyin 978 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasında 2023-cü il dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyon 700 min manat təşkil edirdi.

Eyni zamanda qanun layihəsinin yeni redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 53 milyon 278 min manat artırılaraq, 33 milyard 353 milyon 278 min manat təşkil edəcək. Qanun layihəsinin əvvəlki redaksiyasına əsasən, dövlət büdcəsinin xərcləri 33 milyard 300 milyon manat təşkil edirdi.

Oxunma sayı 1783