3 500 abonentin qazı KƏSİLƏCƏK

11:53 20.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Sumqayıt şəhərində 3 min 500 abonentin qazı kəsiləcək.

Hafta.az xəbər verir ki, bu barədə "Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, şəhərin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə bağlı aparılan işlər səbəbindən qaz təchizatında məhdudiyyət olacaq.