30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib

13:06 08.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, müşavirədə Baş prokuror Kamran Əliyev çıxış etmişdir.

Bildirilmişdir ki, hesabat dövründə xidməti fəaliyyətində yol verdikləri nöqsanlara görə 30 prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilmişdir.