Yazını böyüt
Yazını kiçilt
Biləsuvarda yanğın hadisəsi qeydə alınıb.
Hafta.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyü 15 m² sahədə, bitişik, ümumi sahəsi 100 m² olan talvarın yanar konstruksiyaları 30 m² sahədə və talvarın altına yığılan 12 ton ot bağlamasının 8 tonu yanıb. Evin, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.