44 yaşlı şəxsi döyərək öldürüblər

21:17 27.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün saat 20 radələrində Cəbrayıl rayon sakini ,1980-ci il təvəllüdlü Şahverdiyev Şahin Vəli oğlunun döyülərək qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə hafta.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Məmmədquliyev Semur Şahin oğlu saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.