Yazını böyüt
Yazını kiçilt
Müəllimlərin işğaldan azad edilmiş ərazilərdə işləməyə həvəsi böyükdür. Artıq 800-ə qədər müəllim işləmək arzusunu ifadə edib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyası tərəfindən təşkil olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr edilmiş “Böyük qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.
Nazir bildirib ki, növbəti tədris ilində Şuşa və Ağdamda olan 960 yerli orta məktəblərin tikintisi başa çatacaq. “Suqovuşan qəsəbəsində məktəb tikintisi başa çatıb. Zəngilan, Kəlbəcər, Füzuli şəhərlərində peşə liseylərinin layihələndirilməsinə başlanılıb”, - deyə E.Əmrullayev əlavə edib.