Yazını böyüt
Yazını kiçilt
Səudiyyə Ərəbistanı Ədəbiyyat, Nəşriyyat və Tərcümə Agentliyi II Beynəlxalq Ər-Riyad Fəlsəfə Konfransının 1-3 dekabr tarixlərində Ər-Riyaddakı Kral Fəhd Milli Kitabxanasında baş tutacağını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, müxtəlif ölkələrdən mütəfəkkirlərin, filosofların, elm adamlarının, rəssamların, astronavtların, yazıçıların və tarixçilərin qatılacağı konfrans “Bilik və kəşf: kosmos, zaman və insanlıq” adı altında təşkil olunacaq.
Ədəbiyyat, Yayım və Tərcümə Agentliyinin baş direktoru Məhəmməd Həsən Əlvan ilk konfransın Səudiyyə Ərəbistanının fəlsəfə sahəsində beynəlxalq roluna töhfə verdiyini, bu il konfransa aparıcı filosof və məruzəçiləri cəlb etməyi hədəflədiklərini bildirib. "Builki konfransın məqsədi bu gün dünyanın müxtəlif ölkələrinin təhsil sistemlərinin üzləşdiyi əsas problemlər haqqında fikir mübadiləsi aparmaq və ötən il əldə olunan uğurlara töhfə vermək üçün müxtəlif mədəniyyətlər arasında dialoqu təşviq etməkdir" deyən Əlvan Səudiyyə Ərəbistanında və dünyada fəlsəfi araşdırmaları ortaq bir zəmində bir araya gətirmək və bu sahədə araşdırmalara dəstək vermək üçün konfransın hər yaşdan iştirakçını salamlayacağını bildirib.
Builki konfrans elm və fəlsəfəni eyni nöqtədə bir araya gətirmək üçün keçirilir. İştirakçılar bir çox elmi və fəlsəfi mövzuları, o cümlədən müasir elm, kəşf etikası, elmdə ədalət, qabaqcıl texnologiya, süni intellekt, kosmik diplomatiya, iqlim dəyişikliyi və ekoloji böhranları əhatə edəcəklər. Konfrans və seminarlarda əhatə olunan mövzularla yanaşı, iştirakçılar müxtəlif panel və tədbirlərə qatılacaqlar. Konfransda uşaqların öz fəaliyyətlərini inkişaf etdirmələri üçün stend olacaq, gənc nəsillər intellektual və fəlsəfi sahələrdə bilik və bacarıqlarını inkişaf etdirə biləcəklər.