Yazını böyüt
Yazını kiçilt
Azərbaycanda keçirilən III MDB Oyunlarında növbəti medalçılar bəlli olub.
Hafta.az xəbər verir ki, Rusiya yığması kişilərin 4x100 metr məsafəyə qarışıq estafet yarışında qızıl mükafat əldə edib.
Qazaxıstan gümüş, Belarus kollektivi bürünc medala sahib çıxıb.
Son olaraq 4x100 metr məsafəyə qarışıq estafet yarışında (kişi və qadınlar) medalçılar bəlli olub.
Rusiya millisi qızıl, Qazaxıstan gümüş, Özbəkistan bürünc mükafata sahib çıxıb.
Bununla da Azərbaycanda keçirilən III MDB Oyunlarında üzgüçülük yarışlarına yekun vurulub.
Qeyd edək ki, Azərbaycan komandası turniri 13 medalla başa vurub - İki qızıl, beş gümüş, altı bürünc.