İki vəkilin fəaliyyəti DAYANDIRILDI

15:44 22.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2025-ci il oktyabrın 22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası məlumat yayıb. Bildirilib ki, iclas zamanı Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub.

Rəyasət Heyətinin qərarı ilə yol verdikləri intizam pozuntularına görə iki vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib və 1 vəkilə isə töhmət verilib.