Yazını böyüt
Yazını kiçilt
Türkiyə millisinin keçmiş oyunçusu İlhan Mansız azərbaycanlı xanımla ailə həyatı qurub.
Hafta.az-ın türk mətbuatına istinadən məlumatına görə, sabiq futboçu ABŞ-da Leyla adlı xanımla evlənib. Cütlük xəbəri sosial şəbəkə hesablarında paylaşıb. Onlar iki həftə əvvəl uşaqlarının olacağını öyrəndiklərini deyiblər.
İlhan Mansızla Leylanın tanışlığı iki il əvvələ təsadüf edir. Sabiq oyunçu daha öncə almaniyalı Nina Ritterlə ailəli olub. Onun bu evlilikdən bir qızı var.