İmişlidə evdən pul və zinət əşyaları oğurlanıb

14:24 28.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İmişlidə evlərin birindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən hafta.az-a bildirilib.

Məlumata görə, İmişli RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 26-da rayon ərazisindəki evlərin birindən 2700 manat pul və 700 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən şəhər sakini Ə.Tağıyev saxlanılıb.