İnflyasiyanı necə cilovlayaq?

20:43 22.08.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bütövlükdə inflyasiyanın tənzimlənməsi prioritetdir. Təbii ki, mövsümi olaraq aylar üzrə inflyasiya dərəcəsi fərqlənir. Nəzərə alsaq ki, yay mövsümü avqust ayında başa çatır, bununla belə, Mərkəzi Bankın gözləntisi bundan ibarətdir ki, biz ilin sonuna doğru inflyasiya meyillərinin əvvəlki illə müqayisədə səngiməsini müşahidə edəcəyik.

Bu fikirləri hafta.az-a millət vəkili Vüqar Bayramov deyib. Onun sözlərinə görə, Mərkəzi Bank birrəqəmli inflyasiya proqnozlaşdırır:  

“Bizim gözləntimiz ondan ibarətdir ki, 2023-cü ildə birrəqəmli inflyasiyanın əldə edilməsi xeyli dərəcədə çətindir. Yeddi ayın yekunlarında inflyasiya səviyyəsi 12 faizdən çox olub. Ona görə də, hətta iyun və iyul aylarında qiymətlərin, xüsusən də mövsümi faktorlarla bağlı olaraq optimallaşmasına baxmayaraq, bütövlükdə il ərzində birrəqəmli inflyasiyaya nail olmaq kifayət qədər çətin görünür.

2022-ci illə müqayisədə ümumi inflyasiya meyillərinin nisbətən səngiməsi müşahidə olunur.  Ümumiyyətlə, inflyasiyanın tənzimlənməsinin ən optimal yolu yerli istehsalın genişləndirilməsidir və yerli istehsalın artırılması idxaldan asılılığın minimumlaşdırılması və qiymətlərin satabil qalmasına gətirib çıxara bilər”.