Cənubi Florida Universiteti və Corciya Universitetinin tədqiqatçılarının hesablamalarına görə, 2060-cı ilə qədər yeni uzunömürlülük rekordu qırıla bilər. 1997-ci ildə 122 yaşında dünyasını dəyişən Jeanne Calmentin rekordunu indiyə qədər heç kim qıra bilməyib. Calment bir insanın ən çox nə qədər yaşaya biləcəyi sualına meyar olub.
Zamanla aparılan bəzi araşdırmalar insanın 150 yaşa qədər yaşaya biləcəyini göstərsə də, hələ heç kim bu həddə yaxınlaşmayıb. Yeni araşdırmanın arxasında duran elm adamları isə maksimum ömür müddətini müəyyən etməkdənsə, yaxın gələcəkdə 122 yaşa çatma ehtimalına diqqət yetiriblər.
Plos One elmi jurnalında dərc olunan tədqiqat 19 sənayeləşmiş ölkədə 50-100 yaş arası insanlar haqqında dərin tarixi və cari məlumatları təhlil edib.
Statistik təhlillər göstərib ki, 1950-ci ildən əvvəl doğulmuş bəzi insanlar sonrakı illərdə uzunömürlülük rekordlarına nail ola bilərlər.
Ancaq araşdırmaya görə, siyasi və iqtisadi çətinliklər səbəbindən sözügedən insanların sağlamlıq vəziyyəti pisləşməməlidir.
Mövcud gözlənilən ömür tendensiyasını təhlil edən tədqiqatçılar 1930-cu və ya 1940-cı illərdə doğulmuş birinin 2060-cı ilə qədər dünya rekordu vuracağı qənaətinə gəliblər.