Yazını böyüt
Yazını kiçilt
Asiya regionu üzrə keçirilən "President Cup" beynəlxalq turnirində kişilər arasında yarışlarda iki taekvondoçumız medal qazanıb.
Hafta.az xəbər verir ki, Tehranda keçirilən G-2 kateqoriyalı turnirdə 87 kiloqram çəki dərəcəsində mübarizə aparan Taleh Süleymanov yarışın gümüş medalına sahib olub.
Digər təmsilçimiz Eltac Qafarov (74 kq) isə yarımfinalda məğlub olaraq turniri bürünc medalla başa vurub.