İranda qum fırtınası 2107 nəfəri xəstəxanalıq etdi

10:05 25.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın cənub-şərqində böyük fəsadlara yol açan güclü qum və toz fırtınası baş verib.

Hafta.az-ın yazdığına görə, bu barədə Sistan-Bəlucistan Vilayətinin fövqəladə hallar üzrə rəhbəri Məcid Muhibbi məlumat verib.

Muhibbi, "Sistan-Bəlucistanın şimalındakı Zabul, Zehek, Hamun, Hirmənd və Nimruz şəhərlərində qum və toz fırtınası səbəbiylə son 5 gündə 2107 adam xəstəxanalara müraciət edib, onlardan 136 nəfərin müalicəsi davam edir" deyib.

Sistan-Bəlucistan Meteorologiya Baş direktoru Muhsin Heydəri sentyabrın 20-də havada tozun miqdarının artması səbəbindən Zabulda 800 metrə, Zehekdə isə 500 metrə qədər görmə qabiliyyətinin azaldığını bildirib.

Oxunma sayı 264