Azərbaycanın Təl-Əvivdə səfirliyinin açılmasının tarixi əhəmiyyətini qiymətləndirməmək olmaz.
Hafta.az bildirir ki, bu fikirlər rusiyalı politoloq, tarix elmləri namizədi, Beynəlxalq Araşdırmalar İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonova məxsusdur.
Markedonovun sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılmasının təbii ki, böyük simvolik əhəmiyyəti var.
Politoloq qeyd edib ki, Azərbaycanla İsrailin yaxınlaşmasının səbəblərindən biri də hər iki ölkənin İranla mürəkkəb münasibətləridir. Bununla yanaşı, Markedonov vurğulayıb ki, ölkələrin İrana münasibəti müxtəlifdir. “Bakı həmişə İslam Respublikası ilə qarşılıqlı əlaqə üçün pəncərələr buraxıb, İsrail isə Tehranı təhlükəli geosiyasi rəqib kimi görür”.
Politoloq qeyd edib ki, Aİ və ABŞ ilə münasibətlər Azərbaycan üçün mühüm xarici siyasət istiqamətidir və Bakının dəfələrlə istifadə etdiyi “İsrail kanalları vasitəsilə Amerikanın Azərbaycana qarşı siyasətinə təsir imkanları var”.
Ekspert İsraildə səfirliyin açılması ilə eyni vaxtda Fələstin Muxtariyyətinin paytaxtı Ramallahda nümayəndəliyini açan Azərbaycanın ehtiyatlı siyasətinə də diqqət çəkib. “Bakı əvvəllər Fələstin Muxtariyyəti ilə sıx əlaqə saxlayıb, BMT-də ona müşahidəçi dövlət statusunun verilməsinə səs verib”, - Markedonov xatırladıb.
Politoloqun fikrincə, postsovet Azərbaycanının xarici siyasəti ittifaqlara və bloklara qoşulmaq əsasında deyil, seçmə tərəfdaşlığın köməyi ilə qurulur. “Bu, Qərblə Rusiya, İran və İsrail arasında seçim deyil, diplomatik diversifikasiyadır”, - deyə o, yekunlaşdırıb.