İstanbula 6 ayda 7,9 milyon turist gəldi

12:00 03.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin ilk 6 ayında İstanbula gələn turistlərin sayı 17 faiz artaraq 7 milyon 903 min nəfərə çatıb.

Hafta.az-ın yazdığına görə, İstanbul vilayəti Mədəniyyət və Turizm İdarəsi şəhərin turizm məlumatlarını yayımlayıb. 2023-cü ilin ilk 6 ayında meqakentə gələn turistlərin sayı 17 faiz artaraq 7 milyon 903 min 538-ə çatıb. 2022-ci ilin ilk 6 ayında bu rəqəm 6 milyon 755 min 300 olub.  Ötən illə müqayisədə turistlərin sayı 1 milyon 148 min 238 nəfər artıb.

Təkcə iyun ayında İstanbulu 1 milyon 627 min 57 xarici turist ziyarət edib. Turistlərin 1 milyon 584 min 232-si hava, 42 min 825-i isə dəniz yolu ilə gəlib.

İstanbula üstünlük verən xarici ziyarətçilər arasında 171936 nəfərlə ruslar birinci yerdədir. Almaniya 115987 turistlə ikinci, ABŞ 102801 nəfərlə üçüncü, İran 84801 ziyarətçi ilə dördüncü, Səudiyyə Ərəbistanı isə 84196 ziyarətçi ilə beşinci pillədə yer alıb.

Epidemiyadan bir il əvvəlki 2019-cu ilin ilk 6 ayında İstanbula 6 milyon 777 min 208 turist gəlib. 2020-ci ildə bu rəqəm 2 milyon 421 min 818, 2021-ci ildə isə 2 milyon 720 min 283-ə enib.

2023-cü ilin ilk 6 ayında turistlərin sayı Kovid-19 epidemiyasından əvvəlki 2019-cu ilin eyni dövrü ilə müqayisədə 17 faiz, 2020-ci ilə nisbətən 226 faiz, 2021-ci ilə nisbətən isə 191 faiz artıb.