İsveç peykləri orbitə çıxarmaq üçün Rusiyadan kənarda Avropada ilk kosmodrom qurmağı hədəfləyir.
Hafta.az-ın yazdığına görə, dövlətə məxsus İsveç Kosmik Şirkəti (SSC) Arktika Dairəsindən təxminən 195 kilometr aralıda yerləşən “Esrange” Kosmodromunda işinin son mərhələsinə çatıb.
İsveçin şimalındakı Kiruna şəhərindən təxminən 40 kilometr şərqdə yerləşən və 1966-cı ildə qurulan baza əvvəlcə Avropa Kosmik Agentliyinə məxsus idi. Torpaq üzərində mülkiyyət hüququ 1972-ci ildə yeni yaradılmış DSK-ya keçib.
SSC-nin yüksək səviyyəli rəsmilərindən Stefan Qustafsson “The Guardian”a deyib: "İnanıram ki, biz birinci olacağıq". Qustafsson bildirib ki, anqarlar və maye yanacaq sistemləri hazırdır və buraxılış meydançaları son mərhələdədir.
Şirkət Avropa kosmos yarışında, əsasən Norveçin Andoya Kosmik Mərkəzi və Böyük Britaniyanın “SaxaVord” raket buraxılış bazası ilə yarışır.
QKDK rəsmisi bildirib ki, planlarda heç bir axsama olmazsa, ilk peykin buraxılışı yazda həyata keçiriləcək. Bunun müvəffəq olacağı təqdirdə “Esrange” bazasını 2030-cu ilə qədər "sürətli buraxılış" mərkəzinə çevirməyi hədəflədiklərini ifadə edən Qustafsson, "Bir gün əvvəl göndərilən peykləri ertəsi gün buraxa biləcəyik" deyib.
Qustafsson ötən il fevralın 24-də başlayan Ukrayna müharibəsindən sonra işləri sürətləndirdiklərini bildirib və deyib: “Ukrayna müharibəsi başlayandan sonra Avropanın öz peyklərini buraxmaq imkanının olmadığı daha da aydın oldu. Bu baxımdan biz Rusiyadan və Qazaxıstandakı Baykonur raket bazasından asılıyıq. Onlar həmçinin Avropa Kosmik Agentliyi ilə Rusiya arasında texniki əməkdaşlıq tələb edir”.
“The Guardian”ın paylaşdığı məlumatlara görə, ötən il orbitdə 6905 aktiv peyk olub. 2021-ci ildə bu rəqəm 4800-ə enib.
Telekommunikasiya, internet infrastrukturu, tədqiqat işləri və milli təhlükəsizlik ehtiyaclarını qarşılamaq üçün hər həftə orta hesabla 50 yeni peyk orbitə buraxılır. Əvvəlki 10 ildə buraxılmış 4600 peyklə müqayisədə 2022-2031-ci illərdə təxminən 18500 kiçik peykin orbitə buraxılması gözlənilir.
Digər tərəfdən, apreldə SSC-nin Norveçdəki “Esrange” bazasından atdığı TEXUS-58 raketinin düşməsi də gündəmdə idi. Şirkət raketin 250 kilometr yüksəkliyə çatdıqdan sonra nasazlıq səbəbindən qəzaya uğradığını bildirib.
Qəsəbədən 10 kilometr aralıya düşən raket daha sonra helikopterlə yenidən İsveçə aparılıb.