Yazını böyüt
Yazını kiçilt
Avropa İttifaqı Ukraynanı ölkənin ehtiyac duyduğu iki giqavat elektrik enerjisi ilə təmin edəcək.
Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna-Aİ sammitindən sonra keçirilən brifinqdə deyib.
"Əvvəlcə Ukrayna Avropa İttifaqını elektrik enerjisi ilə təmin edirdi, indi vəziyyət dəyişib və Ukraynanın elektrik enerjisinə ehtiyacı var. Ona görə də biz sizə lazım olan iki giqavat elektrik enerjisini təmin edəcəyik. Biz vahid enerji birliyi kimi fəaliyyət göstəririk və bu, həmrəylikdir”, - deyə o bildirib.