Yazını böyüt
Yazını kiçilt
ABŞ İranla gərginliyin artması fonunda Yaxın Şərqə ən azı bir aviadaşıyıcı zərbə qrupunun yerləşdirilməsinə başlayıb.
Hafta.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı hərbi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ-ın hava, quru və dəniz qüvvələrinə aid hərbi aktivləri yaxın günlərdə bölgəyə çatacaq.
Bu addım Prezident Donald Trampa İrana qarşı mümkün hərbi əməliyyatlar üçün alternativ variantlar təqdim etmək məqsədi daşıyır.
Mənbələr bildiriblər ki, ABŞ hərbi mövcudluğunun genişləndirilməsi çərçivəsində bölgəyə raketdən müdafiə sistemlərinin də yerləşdirilməsi planlaşdırılır.