ABŞ-da illik inflyasiya sürətlənib

19:37 10.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ Əmək Departamenti öz internet saytında iyulda ölkədə istehlak qiymətlərinin illik ifadədə 3,2% artdığını, bir ay əvvələ nisbətdə 3% artdığını bildirib.

Beləliklə, ABŞ-da illik inflyasiya keçən iyun ayından bəri ilk dəfə olaraq sürətlənib.

Aylıq əsasda ölkədə istehlak qiymətləri iyunda 0,2% artdıqdan sonra iyulda 0,2% artıb.

Ərzaq və enerji qiymətləri istisna olmaqla, ABŞ-da baza inflyasiyası iyunda 4,8%-dən 4,7%-ə enib və aylıq bazada 0,2% təşkil edib.