Yazını böyüt
Yazını kiçilt
ABŞ mətbuatında yer alan xəbərə görə, cümə günü Atlanta-Barselona reysini həyata keçirən “Delta” Hava Yollarına məxsus 194 saylı uçuşun pilotu "bioloji təhlükə" xəbər verib.
Hafta.az-ın yazdığına görə, sosial media platforması X üzərindən yayılan hava trafikinə nəzarətə aid olduğu iddia edilən səs yazısında deyilir: "Hazırda təyyarədə ishal olan sərnişin var, ona görə də Atlantaya qayıtmaq istəyirlər".
Delta Hava Yolları “İnsider” saytına təyyarədə "tibbi vəziyyətin" olduğunu təsdiqləyib və bu səbəbdən də təyyarə Atlantaya qayıdıb.
Sözügedən reys təyyarə təmizləndikdən sonra 1 gün gecikib.