ABŞ hökuməti fəaliyyətini dayandırdı

10:11 01.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ hökuməti rəsmi olaraq fəaliyyətini dayandırıb.

Hafta.az xəbər verir ki, Senat federal maliyyələşdirmənin uzadılmasına dair razılaşma əldə etmədiyi üçün federal hökumət oktyabrın 1-də yerli vaxtla saat 00:01-dən etibarən (Bakı vaxtilə 08:00) şatdaunla üzləşib.

Sonuncu dəfə bu hadisə 7 il əvvəl ABŞ Prezidenti Donald Trampın ilk prezidentliyi dövründə baş vermişdi.

Şatdaunun nə qədər davam edəcəyi məlum deyil. Oktyabrın 1-i gündüz saatlarında senatorlar hökumətin maliyyələşdirilməsinin uzadılmasına dair səsvermə üçün yenidən bir araya gələcəklər.