ABŞ Qrenlandiyaya görə Avropa ölkələrinə tarif tətbiq edib

20:55 17.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 1-dən etibarən ABŞ Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Birləşmiş Krallıq, Hollandiya və Finlandiyanın ABŞ-a göndərdiyi bütün məhsullara 10 faiz tarif tətbiq ediləcək.

Hafta.az bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial mediasında yazıb.

O, bu rəqəmin iyunun 1-dən etibarən 25 faizə qaldırılacağını deyib. Tramp əlavə edib ki, dünya sülhü təhlükədədir və bu tarif Qrenlandiyanın tam satınalma sazişi imzalanana qədər ödəniləcək.