ABŞ və Kanada təyyarələri hərbi təlim keçirəcək

08:55 20.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) təyyarələri Qrenlandiyaya yollanıb və tezliklə ABŞ hərbi bazasında təlim keçəcəklər.

Hafta.az xəbər verir ki, ABŞ-Kanada birgə Aerokosmik Monitorinq və Müdafiə Hərbi Təşkilatı olan NORAD-ın açıqlamasına əsasən, təlimlər iki ölkə arasında müdafiə əməkdaşlığı çərçivəsində baş tutacaq.

Bəyanatda bu addımın Danimarka ilə əlaqələndirildiyi və Qrenlandiyaya məlumat verildiyi bildirilib.