Abşeronda beş yaşlı uşağı maşın vurub

10:15 28.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonunda beş yaşlı uşağı avtomobil vurub.

“Report”un məlumatına görə, 2018-ci il təvəllüdlü R.Salmanov yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.