Adani Group-un səhmləri 3 gündə 71 milyard dollar əriyib

10:30 30.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanda fəaliyyət göstərən "Adani Group"a daxil olan əksər şirkətlərin səhmləri üçüncü gündür enişi davam etdirib və kapitallaşma ötən həftə ilə müqayisədə 71 milyard dollar azaldıb.

Hafta.az-ın yazdığına görə, bu barədə Bloomberg məlumat yayıb.

Baxmayaraq ki, Hindistan şirkəti həftə sonu ABŞ-ın Hindenburq Araşdırmalar Mərkəzi tərəfindən fırıldaqçılıq ittihamlarını təkzib etməyə çalışıb, üç gündür səhmlərin satışı düşməkdədir və artıq Adaninin qabaqcıl səhmlərinin satışı fonunda bazar dəyərinin təxminən 71 milyard dollarını məhv edib.

"Adani Group" Hindenburqun ittihamlarını əsassız olduğunu və bunu Hindistana qarşı hücum adlandırsa da, sonuncunun hesabatı investorların konqlomeratın korporativ idarəçiliyi ilə bağlı uzun müddətdir davam edən narahatlığını əks etdirir. Bu vəziyyət həm də yaxın vaxtlara qədər ən böyük investisiya bankları üçün əsas sərmayə məkanı olan Hindistana ümumi inamı zəiflətmək və yeni açılan Çinə doğru keçidi sürətləndirmək təhlükəsi yaradır.

Bazar ertəsi səhm satışı davam etsə də, Adani Total Gas Ltd. və Adani Transmission Ltd. yenidən 20 faiz ucuzlaşıb və treyderlər arasında narazılıq əlamətləri görünüb. Məsələn, Mumbayda saat 12:20-də Adani Group-un 10 səhmindən 6-sı ucuzlaşmağa davam edib, Adani Enterprises-in səhmləri əvvəlki 10 faiz eniş sürəti isə daha 4 faiz düşüb.

Oxunma sayı 335