AFFA Hakimlər Komitəsinin sədri UEFA-dan təyinat alıb

20:29 11.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek UEFA-dan yeni təyinat alıb.

Hafta.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli funksioner Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Slovakiya – İslandiya oyununun hakim-inspektoru olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 16-da Bratislavada təşkil olunacaq.