AFFA rusiyalı baş məşqçini diskvalifikasiya edib

15:03 25.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Sabah”ın baş məşqçisi Murad Musayevin cəzası bəlli olub.

Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssislə bağlı AFFA-nın İntizam Komitəsi qərar verib.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” ilə cavab oyunundakı intizamsızlıq cəzasız qalmayıb. Musayev texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiya edilib.

“Sabah” mübarizəni dayandırdığı üçün cəza Musayev komandada qalarsa, növbəti mövsümün kubok matçına tətbiq olunacaq. Paytaxt klubu 800 manat cərimələnib.