Ağdam rayonunda reyd zamanı dörd obyektin fəaliyyəti dayandırılıb

12:07 21.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi qaydalarının təmin olunması üçün Ağdam rayonunda nəzarət və maarifləndirmə tədbirləri davam etdirilir. Mobil qruplar tərəfindən mütəmadi olaraq keçirilən reydlər zamanı Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin edilməsi, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə bir daha çatdırılır, tövsiyələr verilir.

Ağdam Rayon İcra Hakimiyyətinin, Qida Təhlükəsizliyi Agentliyinin Bərdə regional bölməsinin və rayon polis şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri reyd zamanı Quzanlı qəsəbəsində Ceyhun Məhərrəmova, Zakir Mehrəliyevə, Eldəniz Əliyevə məxsus çayxanalarda və Rüfət Qurbanova məxsus mağazada qayda pozuntusu aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb, fəaliyyətləri dayandırılıb.

Digər sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması faktları aşkarlanan obyektlərə ciddi xəbərdarlıq olunub.

Sosial rubrikasından digər xəbərlər