Aleksandr Nevskinin tabutu 220 milyon dollara sığortalanıb

09:05 15.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putinin Rus Pravoslav Kilsəsinə verdiyi knyaz Aleksandr Nevskinin gümüş tabutu 21 milyard rubla (220 milyon dollar) sığortalanıb.

Hafta.az-ın yazdığına görə, XVIII əsrdə İmperator Yelizaveta Petrovna tərəfindən gümüşdən hazırlanmış monumental tabutun çəkisi 1,5 tondur.

Əsər 1922-ci ildə Aleksandr Nevski monastırından götürülərək “Ermitaj”a təhvil verilib. Tabut Vladimir Putinin göstərişi ilə yenidən monastıra qaytarılacaq. Tabutla yanaşı, müxtəlif dekorativ elementlərdən ibarət artefakt hissə-hissə daşınacaq.

Aleksandr Nevskinin sümükləri 1989-cu ildə kilsəyə çatdırılıb.

1220-1263-cü illərdə yaşamış Novqorod şahzadəsi Aleksandr Nevski pravoslav kilsəsi tərəfindən müqəddəs sayılır.