Almaniyada 16 min mağaza bağlana bilər - BU SƏBƏBƏ GÖRƏ

19:43 30.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Enerji qiymətlərinin sürətlə artması Almaniyada bu il 16 min mağazanın bağlanmasına səbəb ola bilər.

Hafta.az bildirir ki, bu barədə “Der Spiegel” jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, ilin əvvəlindən orta hesabla 147% artan elektrik enerjisi xərcləri pərakəndə satışçılara rentabelliyə nail olmağa imkan vermir. Bu il respublikada 16 min mağaza məhv olmaq ərəfəsindədir və “Der Spiegel”in məlumatına görə, gələn il mənfi tendensiyanın davam edəcəyi ehtimal edilir. Elektrik xərcləri hazırda satışın təxminən 3%-ni təşkil edir və tacirlər bunun 2023-cü ildə təxminən 5%-ə yüksələcəyini gözləyirlər.

Oxunma sayı 1903