Almaniyada 6 ayda 8500-dən çox şirkət müflis olub

09:10 14.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Almaniyada ilin ilk altı ayında iqtisadi tənəzzül və artan kredit faizləri səbəbindən müflisləşən şirkətlərin 20,5 faiz artaraq sayı 8571-ə çatıb.

Hafta.az-ın yazdığına görə, müflis olmuş şirkətlərdən kreditorların tələb etdiyi pulun məbləği 13,9 milyard avroya yüksəlib. 2022-ci ilin birinci yarısında bu məbləğ 8,2 milyard avro olaraq qeydə alınıb. Fərdi iflasların sayı isə ilin ilk altı ayında yüzdə 1,9 azalaraq 33140 olub.

Şirkətlərin ən çox iflası nəqliyyat və saxlama sektorlarında qeydə alınsa da, onları subpodratçı şirkətlər tərəfindən həyata keçirilən müxtəlif iqtisadi xidmət sahələri izləyir. Ən az iflasa məruz qalan sahə enerji təchizatıdır.

Almaniya iqtisadiyyatı 2022-ci ilin sonu və 2023-cü ilin əvvəlində daraldığı halda, yazda tənəzzülə girdi. Mütəxəssislər faiz dərəcələrinin artması və maliyyə xərcləri ilə əlaqədar ümummilli məhsulun ilboyu azalacağını proqnozlaşdırırlar.

Hell İqtisadi Tədqiqatlar İnstitutunun iqtisadçısı Şteffen Müller deyib: “Çoxsaylı iqtisadi problemlər və qeyri-müəyyənliklərə görə, yaxın aylarda müflislərin sayının əvvəlki illə müqayisədə daha çox olacağı ehtimal edilməlidir”.