Aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənilib

10:47 22.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

 

Bu barədə hafta.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) verilən məlumatda bildirilib.

 

Qeyd olunub ki, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.