Argentina XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

18:51 28.01.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Argentina Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən hücumu pisləyir, diplomatik nümayəndəliyin mühafizə rəisinin həlak olması ilə bağlı Azərbaycan xalqına və hökumətinə başsağlığı verir.

Hafta.az-ın yazdığına görə, bu barədə Argentina Respublikasının Xarici İşlər, Beynəlxalq Ticarət və Etiqad Nazirliyinin məlumatında bildirilib.

“Argentina Respublikası həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını diləyir”, - deyə məlumatda qeyd olunub.

Oxunma sayı 223
Siyasət rubrikasından digər xəbərlər