“Notariat Palatası Dövlət Notariat arxivi ilə birlikdə vərəsəlik işlərinin rəqəmsallaşdırılması üzrə nəzərdə tutulan layihə üzrə hazırlıq işləri davam edir”. Hafta.az-ın məlumatına görə, bunu Notariat Palatası İdarə heyətinin sədri, 2 saylı Bakı “ASAN xidmət” mərkəzində xüsusi notarius Hüseyn Məmmədov deyib.
O bildirib ki, artıq ilkin işlərə başlanılıb: “Nəticədə arxivdə olan vərəsəlik işlərinin rəqəmsallaşdırılması nəzərdə tutulur. Bununla da gələcəkdə notariusların işlərinin və sorğulara cavab verilməsinin elektronlaşdırılması bu işin rahat və çevikləşdirilmısi hədəf kimi götürülür”.
Hər bir şəxs öz əmlakını digər bir şəxsə bağışlaya bilər. Bağışlama müqaviləsi əvəzsiz əqd olduğu üçün ondan imtina edilə bilməz. Lakin bir neçə istisna hallar var. Hüseyn Məmmədov deyib.
“Bağışlama üçün vacib olan hüquqi amillərdən hər hansı biri etibarsız olarsa, müqavilə ləğv edilə bilər. Burada iradə faktoru, mülkiyyətin qanuniliyi kimi məsələlər nəzərdə tutulur. Bağışlayan şəxs şüurlu şəkildə öz iradəsini düzgün ifadə edirsə, fəaliyyət qabiliyyətində hər hansı bir məhdudlaşma yoxdursa, həmin şəxs öz əmlakını əvəzsiz əqd olaraq qeyri şəxsə bağışlaya bilər.