Arzuxan Əlizadə: “Zəngəzur dəhlizi açılacaq, bunun alternativi yoxdur”

14:23 20.06.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 “Paşinyanın, Simonyanın hansı mövqedə olmasından asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq. Bu gün regionda baş verən hadisələr deməyə əsas verir ki, Ermənistan çıxılmaz vəziyyətdən çıxmaq üçün Azərbaycan və Türkiyənin təklifləri ilə razılaşmağa məhkumdur. Ona görə də Zəngəzur dəhlizi açılacaq, bunun alternativi yoxdur”.

Bunu Hafta.az-a deputat Arzuxan Əlizadə Ermənistanın rəsmilərinin 10 noyabr bəyanatında götürdüyü öhdəliklərə qarşı çıxaraq Zəngəzur dəhlizinin açılmasına qarşı manipulyativ çıxışları ilə bağlı bildirib.

Deputat Ermənistan parlamentinin sədri Alen Simonyanın “Zəngəzur dəhlizi yox, “yol”a iddia etməsini bu mənada təsadüfi saymayaraq, bu məsələnin uzun müddətdir baş nazir Paşinyan tərəfindən də gündəmə gətirildiyini qeyd edib.

“Zəngəzur yolunun iddia edilməsi o deməkdir ki, gömrük xidməti, sərhəd-keçid və digər xidmətlərdən keçən vətədaşların dövlət sərhədi formatında yoxlanışı həyata keçiriləcək.

2020-ci il 10 noyabr bəyannaməsində Zəngəzur dəhlizinin açılmasına dair Ermənistanın baş nazirin imzası var. Bu iddialar Ermənistan rəhbərliyinin hər zamankı kimi imza atdığı öhsəliyə hörmət etmədiyini göstərir. Bəyannmənin 9-cu bəndində yola nəzarət Rusiya Federal Xidmət orqanlarının kompitensiyasına aid edilirdi. Qərbin diktəsi ilə Ermənistan bundan imtina etdi. Qərb dairələri yola nəzarəti öz əllərinə almaq istəyir. Amma kimin nə istəməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq”- deputat əlavə edib.