Avqust ayı üzrə ünvanlı sosial yardımın ödənişi həyata keçirilib

10:23 27.08.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayı üzrə ünvanlı dövlət sosial yardımının ödənişi həyata keçirilib. 

Bunu APA-ya açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili bildirib. Onun sözlərinə görə, ünvanlı dövlət sosial yardımı alan şəxslərin hesablarına vəsait artıq köçürülüb:

“Vətəndaşlar ünvanlı sosial yardım üzrə vəsaitlərini onlara Kapital Bankdan verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər”.

Sosial rubrikasından digər xəbərlər