Avropa İttifaqından 5 milyard avroluq yardım paketi

19:36 03.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa Komissiyasının icraçı vitse-prezidenti Valdis Dombrovskis bildirib ki, Avropa İttifaqı oktyabrın ortalarında Ukraynaya 5 milyard avro həcmində yeni makromaliyyə yardımı tranşı ayıracaq. Hafta.az bildirir ki, bu barədə o, öz Twitter səhifəsində yazıb.

"Biz birinci hissəni oktyabrın ortalarında təqdim edəcəyik, növbəti iki hissə bu ilin sonunda olacaq" - o deyib.

Bu vəsaitlər may ayında elan edilmiş ümumi məbləği 9 milyard avro olan paketin bir hissəsidir ki, bunun bir milyardı artıq köçürülüb.

Bundan əvvəl ABŞ hakimiyyətinin Ukraynadakı hərbi əməliyyatlar zamanı 1,5 milyard dollar məbləğində aylıq yardımla Ukraynanın maliyyə sisteminə dəstək verməyə hazır olduğu və eyni şeyi Avropa İttifaqından da gözlədiyi bildirirdi.

Oxunma sayı 1639