Yazını böyüt
Yazını kiçilt
Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.
Hafta.az-ın məlumatına görə, Elşad Quliyevin baş məşqçi olduğu komanda yarımfinalda 2017-ci ilin qitə çempionu Qazaxıstanı mübarizədən kənarlaşdırmağı bacarıb.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatında finala yüksəlməklə, tarixi nailiyyətə imza atıb.
Avropa çempionatı
Yarımfinal-10 iyun
Azərbaycan - Qazaxıstan - 3:2
Qollar: Bəxtiyar Soltanov, 18. Tural Nərimanov, 26. Samir Həmzəyev, 32 - Şaxrur Xaşimov, 9. Medet Kudaybergenov, 20