Ukraynanın şərqindəki münaqişədən qaçan ukraynalı qaçqınların axını bir çox Avropa şəhərlərində mənzil çatışmazlığını daha da artırıb. Son aylarda kirayə evlərə tələbat kəskin artıb, təklif isə məhdud olaraq qalır. Bu da qiymətlərin qalxmasına və daşınmaz əmlak bazarında vəziyyətin pisləşməsinə gətirib çıxarır. Bu barədə Bloomberg məlumat yayıb.
Avropanın böyük şəhərlərində kirayə mənzillərin qiymətində artım tendensiyası pandemiyadan sonra görünməyə başladı. Bu, yüksək ixtisaslı əcnəbi işçilərin və tələbələrin axını ilə əlaqədar idi. Lakin Ukraynadakı münaqişə vəziyyəti daha da gərginləşdirdi. 5 milyondan çox ukraynalı ölkəni tərk edib, onların çoxu Aİ-nin paytaxtlarında məskunlaşıb. Məsələn, Estoniyada kirayə evlər keçən il orta hesabla 22% artıb.
Problem Amsterdam, Dublin, Berlin, Paris və Lissabonda xüsusilə kəskindir. Bu şəhərlərdə artıq mənzil qıtlığı yaşanıb. Amsterdamda orta icarə qiyməti il ərzində 25%, Dublində isə 20% artıb. Paris və Berlində də artım templəri 10%-i keçib. Ekspertlər gənc ailələrin və kollec məzunlarının münasib qiymətə mənzil tapmaqda çətinlik çəkdiyi bir vaxtda bərabərsizliyin artacağı barədə xəbərdarlıq edir. Avropada mənzil bazarının əsas problemi məhdud mənzil fondu və sakinlər və mühacirlər üçün yeni evlərin tikintisinə hakimiyyət tərəfindən reaksiyanın olmamasıdır. Bütün bunlar avropalıları ya mənzil almağa, ya da valideynlərinin yanında qalmağa məcbur edir.