Yazını böyüt
Yazını kiçilt
Yeni qaydalara əsasən, hər bir sürücü yol-nəqliyyat hadisəsi zamanı dəymiş zərəri öz sığorta şirkətindən ala bilər. Bu vətəndaşlar arasında narazılığa da son qoyacaq.
Bu fikirləri hafta.az-a hüquqşünas Əkrəm Həsənov deyib:
“Yəni, qəza baş verən zaman zərərçəkən ödənişi müştərisi olduğu sığorta şirkətindən alacaq. İndiyədək bu təqsirli tərəfin müştərisi olduğu sığorta şirkəti tərəfindən ödənilirdi. Bu da xeyli vaxt aparırdı. Nəticədə vətəndaşla sığorta şirkəti arasında müəyyən mübahisələr ortaya çıxırdı. Artıq bu cür mübahisələr yaranmayacaq. Çünki sonrakı proses sığorta şirkətləri arasında tənzimlənəcək”.