Azərbaycan əhalisinin sayı AÇIQLANDI

13:14 17.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən hafta.az-a verilən məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 42274 nəfər və ya 0,4 faiz artaraq 2022-ci il sentyabr ayının 1-i vəziyyətinə 10 198 640 nəfərə çatıb.

Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.