Azərbaycan gimnastları beynəlxalq turnirdə iştirak edəcəklər

19:32 11.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın bədii gimnastları Qırğızıstanın paytaxt Bişkek şəhərində keçirilən “Kelechek” adlı beynəlxalq turnirdə iştirak edəcəklər.

Valentina Ukleinanın rəhbərliyi altında gənc gimnastlar - Zəhra Cəfərova, Mədinə Abbaslı və Şəms Müvəffəqi bacarıqlarını göstərəcəklər.

Turnir aprelin 12-14 -də təşkil olunacaq.

Qeyd edək ki, yarışda hakim Dilbər İbrahimova da ölkəmizi təmsil edəcək.